Yazı İçi 468×60

suleyman-mikayilov-basciQaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karyerası dövründə ən çətin günlərini yaşayır. Belə ki, savash.org-un əldə etdiyi məlumata görə, icra başçısı I Avropa Oyunları ərəfəsində guya ondan fantastik dərəcədə pulun alınmasını ictimailəşdirdiyinə görə cəzalana bilər. 
Belə ki, Avropa Oyunlarından dərhal sonra sahibkarlardan və büdcə təşkilatlarından hər ay topladığı rüşvətin məbləğini artıran Süleyman Mikayılov bunu Avropa Oyunları zamanı ciddi xərcə düşməsi ilə izah etməyə çalışıb. Bununla bağlı informasiyalar “yuxarılar”a çatdıqdan sonra isə ona qarşı münasibət mənfiyə doğru dəyişib.
Bu günlərdə isə ölkə mətbuatında qardaşı Bağır Mikayılovla bağlı yayılmış Qaradağ RİH başçısı üçün gözlənilməz zərbə olub. Həmin məlumatlarda deyilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Bəzi bilgilərə görə, belə adamların toplam sayı 50 nəfərdən çoxdur. Məlumatda qeyd edilir ki, Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu yaranıb. Həmin şəxslər isə pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər. İcra başçısının qardaşını müdafiə etməsi isə şikayətçilərin daha yuxarı instansiyalara müraciət etməsinə səbəb olub. Bu isə onsuz da etimadı zədələnmiş icra başçısı üçün daha bir zərbə olub.
Savash.org-u məlumatlandıran mənbə iddia edir ki, Qaradağ RİH başçısına özünü doğrultmaq və şikayətləri yoluna qoymaq üçün son şans verilib. Təlaşa düşən icra başçısı isə qardaşının müəllifliyi ilə həyata keçirilən 500 minlik qalmaqalı təcili olaraq həll edəcəyinə söz verib.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."