İcra başçısı ilə bağlı sensasiyalı fakt yayıldı

Müəllif: Redaktor

Editor

78793Müharibə edən ölkədə icra başçıları hələ də milyonları dəbdəbəyə xərcləyirlər.

Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçayda, Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villanın təməlini qoydurub.

Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz. Və heç kimə sirr deyil ki, Nazim İsmayılovun oğlu üçün inşa etdirdiyi imarət dövlət büdcəsindən və Azərbaycanın xalıqının rifahından oğurlanmış pullardır.

Azərbaycan məmurlarının bir biri ilə bəhsə girərək doğulduqları yerlərdə və güşələridə ölkəmizin səfalı yerlərində dəbdəbəli vilalar tikdirmələri artıq ənənə halını alıb. Ölkə prezidenti İlham Əliyevin dəfələrlə məmurlara açıq xəbərdarlıq etməsinə baxmayaraq, bəzi məmurlar doğurdan öz qanunsuz gəlirlərin sərf etməyə yer tapa bilmirlər.

Sabirabad icra başçısı Nazim İsmayılov doğulduğu Göyçay rayonunda oğluna dəbdəbəli villa tikintisinə başlayıb. İnformasiya mənbəmiz bildirir ki, Göyçay şəhər Gənclər Mərkəzinin arxasında böyük bir ərazidə tikitisinə başladılan villanın artıq bünövrəsi qoylub. Mənbənin iddasına görə icra başçısı villanı tikən iş ustasına həmin villanın oğlu üçün inşa etdirdiyini bildirib və ona bir neçə xüsusi tapşırıqlar verib. Belə ki, villada hər şey ekzotik olmaqla yanaşı avanqard dizayndan yararlanacaqlar. Bu barədə icra başçısının iş ustasına xüsusi təlimatlar verdiyi bildirilir. Hazırda ustalar bünövrədən yuxarı sütun tikintisinə başlayıblar. Tikintinin bünövrəsindən görünür ki, başa çatdıqda bu böyük və dəbdəbəli bir imarət olacaq.

Xatırladaq ki, son illər neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanda iqtisadi problemlər ortaya çıxıb. Bununla bağlı ölkə başçısı dəfələrlə məmurlara üz tutaraq dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi ilə bağlı israfçılığıa yol verməməyi tələb edib. Həmçinin dövlət başçısı dəflərlə şəffaflığın təmin olunmsını tələb edib. Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz. Və heç kimə sirr deyil ki, Nazim İsmayılovun oğlu üçün inşa etdirdiyi imarət dövlət büdcəsindən və Azərbaycanın xalıqıqn rifahından oğurlanmış pullardır.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır