!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı Novruz bayramı ilə Soyqırım gününü qarışdırıb(?) – FOTO

!Reklam – Yazi

 

232323244Fikri ifadə üçün seçilən sözlər yerində olmadığında ortaya tamam fərqli bir anlam çıxır. Tərtər rayonunun 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı mətbuata göndərdiyi və İcra Hakimiyyətinin rəsmi saytında yayınladığı xəbər başlığı kimi.

Yenicag.az xəbər verir ki, Tərtər rayon icra hakimiyyətinin iştirakı ilə keçirilən tədbir “Tərtərlilər 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününu qeyd etdilər” başlığı ilə yayınlanıb.

 Belə ki, “qeyd etmək” adətən bayram və şad günlərlə bağlı işlədildiyindən soyqırımla bağlı istifadə olunması qəribə səslənir.

“Soyqırım günü yad edilib” və ya bu günlə bağlı “tədbir keçirilib” daha uyğun olardı. Fəqət mediada güllə səsləri gəlir deyə, təyin olunduğu rayonda gecələmədiyinə dair dəfələrlə xəbərlər yazılan Müstəqim Məmmədov “qeyd edib” ifadəsinə üstünlük verib. Bəlkə də cənab başçı soyqırımın Novruz bayramı, Yeni İl şənliyi kimi bir gün olduğu düşüncəsindədir və deyib ki, “Tərtərlilər Novruz bayramını qeyd etdi” olar, həmin tərtərlilər niyə “Soyqırım gününü qeyd etməsinlər”.

 Qısacası, seçilən ifadə ən az Müstəqim Məmmədovun icra başçılığı qədər uğurludur və daha uyğunu ilə dəyişdiriləcəyi təqdirdə, bu kimi replikalara da hədəf olmaz.

 Yenicag.az

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv