!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İcra başçısına rüşvətxorluğuna görə “Vətənə xidmət” ordeni verilib” – Tapdıq Abbas

!Reklam – Yazi

 

downloadfgb“Paralel” qəzetinin baş redaktoru sakini olduğu Beyləqan rayonunun icra başçısı Vafiq Abdullayevin əməllərindən narazılıq ifadə edib. Onun bu narazılığının kökündə nəyin dayandığını ayırd etmək üçün Yenicag.az olaraq baş redaktora müraciət etdik.

Bizimlə söhbətdə T. Abbas  bildirdi ki,  narazılığının əsasında   rayon sakinlərinin  vəziyyətinin ağır olması, lakin buna baxmayaraq icra başçısının bunlara laqeyd yanaşdığı və ancaq öz şəxsi maraqları ilə məşğul olması dayanır: “Mənim Beyləqan rayon icra hakimi  Vaqif Abdullayevdən hər hansı bir şəxsi narazılığım yoxdur. Narazılığımın kökündə Beyləqan rayonu və onun  əhalisinin vəziyyətinin ağır olması dayanır.   Rayona daxil olanda  onun sanki Azərbaycana aid olmadığını hesab etmək olar. Yəni rayonun yolları, buradakı ictimai-iaşə müəssisələri, şəhərin özü  elə vəziyyətdədir ki, ona sadə vətəndaş olaraq baxıb dözmək mümkün deyil. Yolların tikintisinə pul ayrılıb, mənimsənilib. Yağış yağanda kəndlərlə yanaşı, Beyləqan şəhərinin özündə belə  palçıq əlindən tərpənmək mümkün olmur. Cənab prezident bir neçə layihə istiqaməti  üzrə böyük həcmli vəsait ayırıb. Məsələn, bir neçə kəndi birləşdirən Dünyamalılar yoluna 3-4 ildir  ki, pul ayrılıb. Lakin həmin pul xərclənib qurtarsa da, yol ancaq Dünyamalılar kəndinə qədər çəkilib. Oradan rayon mərkəzinə qədər olan yola xərclənməli olan vəsait isə mənimsənilib. Hətta buna etiraz olaraq sakinlər mitinq də təşkil etmişdilər.  4 ildir rayonun icra başçısı təyin olunan Vaqif Abdullayev prezidentin layihələrə ayırdığı vəsaitin böyük hissəsini mənimsəyib.  Ona görə də kəndlərə qaz normal gəlmir, yollar acınacaqlı haldadır.  Təsəvvür edin ki, bu adam öz aparatından tutmuş, ərazi nümayəndəlikləri , məktəblər, bağçalar, bələdiyyələrdə vəzifə tutanların hamısından pul yığır.  Ərazi nümayəndəsinin mühasibi 65 yaşı olmasa da zorla təqaüdə göndərilir. Onun yerinə təyin olunandan 2 min manat, ərazi nümayəndəsindən 10 min manat alınır.  Vəziyyət o dərəcədə dəhşətlidir ki, ölkə prezidenti cənab İlham Əliyev sözün sərt üzü ilə  rüşvətxorluğun yığışdırılmalı olduğunu tələb etsə də, Vaqif Abdullayev əksinə hərəkət edir. Bu adam məcazi mənada desək, nəfəsi də rüşvətlə alır. İnsanları təhqir edir. Rayondakı ayrı-ayrı   idarə rəhbərlərinə bu adam hesab qoyub. Rayon həmkarlar təşkilatı sədrinə bu adam,   ayda 200 manat hesab verməsə, orada işləyə bilməyəcəyini deyib.  Rayona 3 ildir ki, su çəkilib. Amma həmin su sistemindən rayon sakinləri hələ də istifadə edə bilmir. Çünki ora ayrılan pul mənimsənilib, ona görə də bütün şəhər hələ də köhnə, çirkli sudan içməkdə davam edir. Bu özbaşınalıqlara daha dözmək olmur.  Vaqif Abdullayev İlham Əliyev kimi güclü prezidentə layiq adam deyil. Bu adamın düşüncəsində təsərrüfatın inkişafına qayğı yoxdur. Rayon beləcə vahimə içindədir. Əhali bu fonda bütün ümidini Allaha bağlayıb.  Hətta rayon YAP İdarə Heyəti üzvlərindən 5 nəfəri cənab prezidentə onunla bağlı müraciət edib. Lakin bu müraciəti də “yuxarı”da boğdular, Vaqif Abdullayevə isə “Vətənə xidmətə” görə ordeni verdilər. Ona görə də insanlar əsəbdən gülüşür.  Hamı deyir ki, Vaqif Abdullayevə rüşvətxorluğuna görə “Vətənə xidmət” ordeni verilib.  Beyləqan rayonu hansı gündədir, o adam hansı uğurlu işi görüb ki, “ 2-ci dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunur?  Deməli,  V. Abdullayevin sənədlərini təqdim edənlər cənab prezidentin etimadından sui-istifadə ediblər. Bu adam icra başçısı olaraq yerində, prezidenti  rayonda təmsil etmək iqtidarında  deyil. İcra başçısı ilə aramda heç bir pis münasibət yoxdur. Bir Beyləqanlı olaraq hər dəfə rayonda hökm sürən bu dəhşətli hadisələri görəndə həmin olaylar barədə yazırıq ki, heç olmasa cənab prezident  rayonda vəziyyətin son dərəcədə ağır olduğundan xəbərdar olsun. Prezident Mətbuat Şurasının İdarə Heyətilə görüşəndə şəxsən mənimlə də söhbət etdi. O  qəzetlərdən tələb edirdi ki, məmurların törətdikləri əməlləri yazaq. Mən də gördüyüm həqiqətləri yazıram.  Sözümü deyirəm ki, bu da Vətənə bir xidmətdir, cənab prezident məlumat toplasın. 100 min əhali ölkədən narazı qalmasın.  Vətəndaş Vətəninə məhəbbət bəsləməlidir. Amma Vafiq Abdullayev kimi icra başçıları əhalidə Vətənə nifrət aşılayırlar. Bu dəhşətdir. Bunları yazmaqla onu cənab prezidentə çatdırmağı özümə borc bilirəm”.

ELÇİN

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv