İcra başçısından Zakir Qaralova şok şikayət – Raqub Məmmədovun oğlu atasının işçisinə 20 min “atdı”, özü isə…

Müəllif: Baş Redaktor

Baş Redaktor

1435055987_2Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla bağlı baş prokuror Zakir Qaralova şikayət edilib. Bu barədə YeniCag.az-a daxil olan xəbərdə deyilir ki, icra başçısının oğlu Sənan Məmmədzadə rayonun icra nümayəndələrindən birinə 20 min dollar “atıb”.

Şikayət məktubunda deyilir ki, bir müddət öncə S.Məmmədzadə icra nümayəndəsindən 20 min dollar borc istəyib və bir ay müddətinə geri qaytaracağını bildirib. Lakin 8 ay keçsə də, borc geri qaytarılmayıb. Əvəzində isə Sənan Məmmədzadə həmin icra nümayəndəsini təhdid etməklə məşğul olub.

Oğlunun şıltaqlıqlarından Raqub Məmmədova şikayət etdikdə isə icra nümayəndəsi işini itirməklə üzləşib. Yəni, “it də gedib, ip də”. Adı bizə bəlli olan, ancaq müəyyən səbəblərdən adını açıqlamadığımız icra nümayəndəsi bildirir ki, icra başçısı və oğlu pulunu qaytarmadıqları kimi, özünü də həbs olunmaqla hədələyirlər. Bildirirlər ki, bu pul neçə illik işləməyinin “əvəz”idir, əks halda “yoxlama” aparıb, özünü “içəri”də çürüdərlər.

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə və baş prokurora ünvanlanan məktubda borcun qaytarılmasına və şəxsin qanunsuz olaraq işdən çıxarılmasının araşdırılaraq, yenidən öz vəzifəsinə bərpa olunmasına şərait yaradılmasını xahiş edir.

Qeyd edək ki, icra başçısının oğlu Sənan Məmmədzadə ən son cəbhə bölgəsindən çəkdirdiyi şəkilləri sosial mediada paylaşaraq, hərbi sirri yaymaqda ittiham olunmuşdu.

YeniCag.az

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir