İcra başçısının köməkçisi yol qəzasında dünyasını dəyişdi

İcra başçısının köməkçisi yol qəzasında dünyasını dəyişdi

Müəllif: Redaktor

Editor

niva_qeza_man1481304356Goranboyda ağır yol qəzası baş verib.

Hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti