Yazı İçi 468×60

xjjjjjjj.jpg.pagespeed.ic.eaTFyI5WRJModel-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını Ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.
-Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.

– Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də “Qız atası” serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.

– Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.

– Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.

– İndiyə kimi o çərçivələr yox idi?

– Var idi, amma bu qədər yox.

– Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.

– O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.

– Bəli, Mahmud Quliyev.

– Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.

– Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?

– Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.

– Bacarmırsınız?

– Bacarıram, amma sürücü idarə edir.

– Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?

– Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.

– Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?

– Onu deyə bilərəm ki, hər şey qaydasındadır.
İntiqam VALEHOĞLU
Ölkə.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 292
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."