İcra hakimiyyətinə yeni təyinat rayonda etiraza səbəb oldu

Müəllif: Baş Redaktor

Baş Redaktor

810294_447720Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. RİH-dən verilən məlumata görə, Vidadi Dövlətov icra başçısının I müavini vəzifəsinə təyin edilib.

V.Dövlətov bu təyinata qədər Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. “Hazırda təhsil şöbəsinin müdiri vəzifəsi vakantdır” – RİH-dən bildirilib (report.az).

Qaynar.info-nun əldə etdiyi məlumata görə, V.Dövlətovun təyinatı rayonda ciddi narazılıqlarla qarşılaşıb. Buna səbəb onun bundan əvvəlki işində – Təhsil Şöbəsinin müdri vəzifəsində yol verdiyi qanun pozuntuları olub. Cəlilabad sakinləri hesab edir ki, Təhsil Şöbəsini rüşvət yuvasına çevirən V.Dövlətovun icra başçısının 1-ci müavini kimi əhəmiyyətli bir posta təyinatı rayondakı məmur özbaşınalığını daha da artıracaq. Üstəlik V.Dövlətovun bəzi yerli sahibkarlar və məmurlarla da münasibətləri yaхşı deyil. İndi onun vəzifə səlahiyyətlərindən yararlanaraq həmin sahibkar və məmurlara qarşı sərt addımlar atmasından ehtiyat edirlər.

V.Dövlətovun yerli sakinlərin ittihamlarına münasibətini dərc etməyə hazırıq.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir