!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyi icra hakimiyyətinin hüquqşünasını biabır etdi – Rəsmi

!Reklam – Yazi

12027556_1044789988872823_1425687117246452024_nVəkil Aslan İsmayılov Sabunçu Rayon İcra hakimiyyəti ilə bağlı yeni faktlar açıqlayıb. Yenicag.az A.İsmaylovun statusunu olduğu kimi təqdim edir:

“Bəli, minlərlə Azərbaycan Universitetlərinin hüquq fakültəsini bitirmiş gənclər işsiz olduqları halda, SAXTA DİPLOMUNU, Adil Vəliyevə yaxınlığı ilə seçilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində rəsmiləşdirən, bu gün də icra hakimiyyətində hüquqşünas işləyən (FOTO 1), Adil Vəliyevin adı ilə rayonda qoçuluq, reketlik edən (FOTO 2) RƏFAİL ABDULLAYEV olmuşdur. Onun saxta diplomunu Apellyasiya məhkəməsinin hakimi, prinsipiallığı ilə seçilən Elmira Nağıyeva sənədlərlə ifşa etmiş və 2 saylı Bakı İİM-nin qanunsuz qərarını ləğv etmişdir. Adil Vəliyevin özünə layiq “müdafiəçilər”i yalandır deməsinlər deyə bu saxtakarlığı ətraflı sənədlərdən çıxarışlarla işıqlandırıram.

Rəfail Abdullayev 23.11.2012-ci il tarixdə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İİM-ə müraciət edir (FOTO 3). İddia ərizəsində RF Dağıstan Dövlət Universitetinin DİS 0039928 saylı 26.06.2006 tarixli diplomunun tanınması Təhsil Nazirliyindən tələb edilir, çünki onun bu xahişini, diplomun saxta olması səbəbindən, Təhsil Nazirliyi 05.10.2012 tarixli məktubla rədd etmişdir. Məhkəmə iclasının protokollarından görünür ki, iddiaçı R.Abdullayev hakim Rüstəm Kərimlinin sədrliyi ilə keçirilən proseslərdə iştirak edir və hər dəfə iddia edir ki, həqiqətən də 2000-2006-cı illərdə RF Dağıstan Dövlət Universitetinin ƏYANİ bölməsində təhsil alıb. 2 saylı Bakı İİM-nin 11.02.2013 tarixli qərarına əsasən iddiaçı R.Abdullayevin diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi Təhsil Nazirliyinin üzərinə qoyulur.

2 saylı Bakı İİM-nin yuxarıda qeyd edilən qərarından (2in(82)-642/2013 nömrəli) 14.05.2013 tarixdə Təhsil Naziri Mikayıl Cabbarovun verdiyi etibarnamə əsasında Apellyasiya Şikayəti verilir. Prosesə rəhbərlik edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyeva 12 sentyabr 2013-cü il iş üzrə çıxardığı qərarından bəzi məqamları diqqətinizə çatdırıram:

Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə rəsmi xəbərdarlıq olsa da, 2 saylı Bakı İİM-nin bütün iclaslarında iştirak edən R.Abdullayev bu məhkəməyə gəlməkdən imtina edir (FOTO 4). R.Abdullayev iddia ərizəsində qeyd edir ki, RF Dağıstan Dövlət Universitetində 6 il müddətində əyani təhsil almışdır. Bu hal həm birinci instansiya məhkəməsinin protokolunda, həm də diploma əlavə edilmiş qiymət cədvəlində (FOTO 4) öz təsdiqini tapmışdır. Lakin, Təhsil Nazirliyinin RF Dağıstan Dövlət Universitetinə ünvanlanmış sorğusuna universitetin prorektoru U.Maqomedbekovun imzası ilə verilmiş cavab (FOTO 5) məktubunda iddiaçının Dağıstan Dövlət Universitetində əyani yox, qiyabi təhsil aldığı deyilir. Belə olan halda məhkəmə kollegiyası bu ziddiyətli məqamı aydınlaşdırmaq məqsədiylə iddiaçını rəsmi qaydada məhkəməyə dəvət etmiş, lakin tərəf bundan boyun qaçırmışdır. Ancaq məhkəmə iclasında R. Abdullayevin nümayəndəsi həmin məsələni iddiaçı ilə dəqiqləşdirdiyini (FOTO 4) və onun Mahaçqala şəhərində, Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində 2000-2006-cı illər arasında ƏYANİ təhsil aldığını bildirmişdir. Bakı Apellyasiya məhkəməsi məsələni dəqiqləşdirmək üçün R.Abdullayevin təhsil aldığı dövr Azərbaycan Respublikası ərazisinə çıxması və daxil olmasına dair 09.07.2013 tarixdə DSX-ya sorğu göndərir. Sorğuya cavab olaraq 23.07.2013 tarixdə bildirirlər ki (FOTO 6), Azərbaycan Respublikası vətəndaşı Abdullayev Rəfail qeyd edilən 6 il ərzində ölkə ərazisini 7 dəfə tərk etmişdir – İran İslam Respublikası, 2 dəfə Gürcüstan və 4 dəfə Birləşmiş Ərəb Əmirlikləri istiqamətində. Bu illər ərzində R.Abdullayev bir dəfə də olsun Rusiya (Dağıstan) ərazisində olmamışdır. Bu halları nəzərə alaraq cavabdeh Təhsil Nazirliyinin Apellyasiya şikayəti təmin edilir. 2 saylı Bakı İİM-nin qərarı ləğv edilir. İddiaçı Rəfail Abdullayevin DİPLOMUN TANINMASI və bu barədə şəhadətnamənin verilməsinə dair iddia TƏLƏBİ RƏDD EDİLİR (FOTO 7,8).

Gördüyümüz kimi, R.Abdullayev bütün sənədlərdə iddia edir ki, o, 6 il, yəni 2000-2006-cı illər RF Dağıstan Dövlət Universitetinin hüquq fakultəsində əyani təhsil almışdır. Təqdim etdiyimiz sənədlərdən başqa araşdırmalarımız təsdiq edir ki, R.Abdullayev 2000-2004-cü illər Sabunçu rayonunun Bakıxanov qəsəbə nümayəndəliyində, 2004-cü ildən bu günə qədər isə Sabunçu Rayon İcra Hakimiyyətində (FOTO 1) çalışır və heç vaxt Dağıstan Dövlət Universitetinə ayaq basmamışdır.

Tək bu yazıda göstərilən hallar Rəfail Abdullayev və Sabunçu Rayon İcra hakimiyyətinin məsul işçiləri barəsində cinayət işi qaldırılması üçün əsasdır. Bu barədə əlavə olaraq Azərbaycan Respublikası Prokurorluğuna da müraciət ediləcək. Qısa müddət apardığım araşdırmalar göstərir ki, həqiqətən Sabunçu rayonunda baş verənlərə İtaliya mafiyası da həsəd apara bilər.

P.S. Əminəm ki, bu gün Adil Vəliyevin ətrafının, onun müdafiəsinə qalxan pavlik morozovların, stepan razinin nəvələrinin tərcümeyi halını araşdırsam onlarla cinayət işi qaldırılmalıdır”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də yayınlaya bilərik.

www.yenicag.az

1355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv