!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra hakimiyyətləri quberniyalarla əvəzlənir – Rayonlar birləşdirilir

!Reklam – Yazi

15750367_847301855413119_1284900812_nÖlkənin inzibati-ərazi quruluşunun dəyişdiriləcəyinə dair təkliflər hələ də müzakirə mərhələsindədir.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanda rayonların ləğv edilərək, birləşdirilməsi əsasında 10-13 vilayət, yaxud da quberniya yaradılması təklifi ətrafında qeyri-müəyyənlik qalmaqdadır.

İki aya yaxındır ki, müxtəlif səviyyələrdə danışılan bu mövzu – ölkədə quberniyaların yaradılması təşəbbüsü gündəmdə öz yerini qorumaqdadır. İlk dəfə Milli Məclisdə açıqlanan bu təklifin hansı instansiyadan irəli sürüldüyü bildirilməsə də, məsələ qısa müddətdə xeyli aktuallaşdı. Ölkədə inzibati idarəetmənin asanlaşdırılmasını nəzərdə tutan həmin təklifdə mərkəzi Sumqayıt, Quba, Qəbələ, Şirvan, Şamaxı, Lənkəran, Beyləqan, Bərdə, Gəncə, Göyçay, Yevlax, Şəki, Şəmkir olan 13 vilayətin yaradılmasının vacibliyi önə çəkilirdi.

Ramiz Məmmədov ile ilgili görsel sonucuBu istiqamətdə müzakirələrin vüsət aldığı bir vaxtda isə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov mətbuata geniş müsahibəsində sözügedən təşəbbüsə təkan verdi:
“Mən bu fikri hələ 10 il bundan qabaq demişəm. Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonlarının əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur”.

Təbii ki, mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunan bu təklifi dəstəkləyənlər və əleyhinə olanlar öz mövqelərini əsaslandırmağa çalışdılar. Birincilərin fikrincə, ölkənin inzibati quruluşunu təşkil edən onlarla rayonun mövcudluğu idarəetməni çətinləşdirməklə yanaşı, effektli fəaliyyət göstərmək imkanlarını da məhdudlaşdırır. İkincilər isə hesab edirlər ki, ölkədə vilayət və ya quberniyaların yaradılması ərazisi onsuz da kiçik olan Azərbaycanda bölücülük meyllərini daha da artıracaq və bunun faydasından çox zərəri olacaq. Düşünmək olardı ki, bu məsələ ətrafında geniş ictimai müzakirələrin keçirilməsi hakimiyyətin planlaşdırdığı özünəməxsus “nəbz yoxlaması”dır. Lakin aradan bu qədər vaxt keçsə də, inzibati bölgü dəyişikliyinə dair rəsmi mövqe hələ də yoxdur.

Mövzu ilə bağlı fikirlərini Yeniçağ.Az-a açıqlayan millət vəkili Fəzail Ağamalı bu təşəbbüsün aktual olduğunu bildirsə də, onun baş tutub-tutmayacağı ilə bağlı qəti fikir söyləməyin çətin olduğunu deyib:

Fəzail Ağamalı ile ilgili görsel sonucu“Qeyd edim ki, Azərbaycanda quberniyaların yaradılması ideyasını mən də dəstəkləyirəm və bunun zəruri olduğunu düşünürəm. Məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Açıq görünür ki, ölkənin indiki inzibati-ərazi bölgüsü özünü doğrultmur. Yəni 80-nə yaxın rayonun indiki formada idarəçiliyinin səmərəli olmadığı göz önündədir. Ona görə təqribən 10 quberniyanın yaradılması çox məqsədəuyğundur. Özünüz də baxın, eyni məsələnin müzakirəsi, qərarların qəbulu və icrası 10 qubernatorla daha rahatdır, nəinki 80 icra başçısı ilə. Ona görə də hesab edirəm ki, bu ideya reallaşarsa, öz müsbət təsirini qısa müddətdə göstərəcək”.

F.Ağamalı əlavə edib ki, haqqında danışılan məsələyə hakimiyyətin rəsmi münasibəti hələ bəlli deyil:
“Açığı, mənim bu barədə məlumatım yoxdur. Təklif irəli sürülüb, geniş müzakirə olunur, istəyən hər kəs bu haqda öz fikrini sərbəst şəkildə açıqlayır. Ancaq sonda bununla bağlı hansı qərarın veriləcəyini bilmirəm”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv