“İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edilir

“İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edilir

Müəllif: Redaktor

Baş Redaktor

unnamed (12)Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edir.

Layihə çərçivəsində Abşeron Rayon Təhsil Şöbəsində “İctimai iştirakçılığın təmin olunması, ictimai şuraların yaradılması, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi” adlı “dəyirmi masa” keçirildi.
Dövlət, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirdi ki, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” layihəsi çərçivəsində il ərzində tədbirlər, ictimai müzakirələr keçirilir. O, ilk olaraq Abşeron Rayon İcra Hakimiyyətinə məktubla müraciət etdiklərini bildirib. MQF-nin prezidenti xatırlatdı ki, “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində və digər dövlət qurumlarında ictimai şuralar yaranıb. Ancaq bir neçə nazirlikdə o cümlədən mərkəzi icra hakimiyyətləri ilə yanaşı, yerli icra hakimiyyətlərində, o cümlədən Gəncə Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərində təşəbbüslər həyata keçirilib.

MQF Hüquq Mərkəzinin direktoru Rövşən Nəbiyev slayd təqdimat edərək bildirdi ki, layihənin məqsədi “İctimai iştirakçılıq” haqqında Qanunu və ictimai şuraları təşviq etməkdir ki, qalan təşkilatlar da ilin sonuna qədər bu şuraları yaratsınlar. Layihənin məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən, eyni zamanda, vətəndaşların dövlət və hökumət qərarlarının qəbul olunmasında iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasıdır.

Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Bəşirov Vüqar layihə barədə ətraflı məlumat verdi və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdi.
Daha sonra tədbirə gələnlər mövzu ətrafında çıxışlar edərək, ilk öncə bu məsələlərdə dövlət qurumlarına və QHT-lərə uğurlar arzuladılar, “İctimai iştirakçılıq” haqqında Qanuna müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarında ictimai şuraların yaradılmasının vacibliyini və ictimai şuraların yaradılması, ictimai nəzarətin və şəffaflığın təşviqi ölkəmizin inkişafına dəstək və aparılan islahatlara töhvə verəcəyini bildirdilər.

Sonda Rauf Zeyni İradə xanım Gülməmmədovaya, icra hakimiyyətinin əməkdaşlarına və Abşeron Rayon Təhsil Şöbəsinin nümayəndələrinə öz minnətdarlığını bildirdi və bu səmərəli əməkdaşlığın davam etdiriləcəyini söylədi.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti