!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdarəetmə və Texnologiya Kollecində qarşıdurma - direktor bir, tələbə başqa söz deyir

!Reklam – Yazi

Yeniçağ.az-a müraciət edən 22 yaşlı Xanbaba Daşdinin şikayəti 2013-cü ildə qəbul olduğu Bakı İdarəetmə və Texnologiya Kolleci ilə bağlıdır.

Şikayətçi başına gələnləri təfərrüatı ilə bizlərə danışdı:

“Mən Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsiyəm. Əlil olduğum üçün 55 manat sosial müavinət alıram. Bu ilin sentyabr, oktyabr aylarında dərslərdə çox az iştirak etdim. Çünki müalicə olunurdum və bu barədə də kollec rəhbərliyinə xəbər vermişdim. Onlar da məni arxayın etmişdilər ki, heç bir problem olmayacaq. Ancaq imtahan vaxtı qaiblərə görə 5 fənndən imtahana buraxılmadım. Yalnız iki imtahan verdim və uğurla keçdim”.

Şikayətçi imtahanlara buraxılmadığı üçün kollecin direktoru Variz Allahverdiyevin qəbulunda olduğunu da söylədi:

“Mən ona hərbi xidmətdən sonra əlil olduğumu bildirdim. Onun cavabı isə “vaxtımı alırsan”, oldu. Dəfələrlə onun qəbulunda olsam da, məni rədd edib. Hətta ondan xahiş etdim ki, mənim təhsillə bağlı vəziyyətimi nazirliyə çatdırsın. Ancaq o “hər tələbəyə görə Nazirliyə zəng edə bilmərəm”, dedi. Məcbur qalıb, özüm Təhsil Nazirliyinə şikayət etdim. Nazirlikdən mənə bildirdilər ki, 10 fevral tarixində direktorun qəbulunda olum və şikayətimi bildirim. Mən yenə direktor Variz Allahverdiyevə üz tutdum, bu dəfə isə o, mənə konkret olaraq bildirdi: “sənə heç bir köməklik edə bilmərəm”. Çox xahiş edirəm, mənə kömək edin. Çünki təhsilimi davam etdirmək istəyirəm”.

Məsələ ilə bağlı Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Variz Allahverdiyevlə əlaqə saxladıq.
Kollecin direktoru bildirdi ki, Xanbaba Daşdi dəfələrlə qəbulda olub və məsələ onunla müzakirə edilib:

“Onun problemi bizimlə deyil, qanunladır. Qanun kredit sistemində bunu tətbiq edib ki, tələbə dərsə gəlməyib: 90 saat da 40 faiz, 60 saat da 25 faiz… Əgər o bu qədər dərs buraxıbsa, mövzunu, predmeti mənimsəməyibsə imtahana buraxılması qəti qadağandır. Biz də bu əsas üzərində hər şeyi müzakirə etmişik, hər dəfə də o, özünə xüsusi şəraitin yaradılmasını tələb edib. Onun etdiyi tələblər mənim səlahiyyətlərim çərçivəsində deyil. Bu qərarı heç Təhsil Nazirliyi də deyil, Nazirlər Kabineti təsdiq edib. Qaıb limiti keçibsə, tələbə imtahana buraxıla bilməz. Çünki o, həmin predmeti mənimsəməyib. Mən noyabr ayının 5-də bu kollecə direktor təyin olunmuşam. Məndən əvvəl uşaqlar dərsə necə gəlib-gedib, bunu bilmirəm. Eşitdiyimə görə, nəzarət o qədər də güclü olmayıb. Mən təyin olunandan sonra hər tələbədən birinci kredit sisteminin qanuni tərəflərini tələb etmişəm. İş ancaq dövlətin qanunları əsasında həyata keçirilməlidir. O tələbəmizin qaiblərə görə heç bir arayışı yoxdur. Əgər o arayış təqdim etsəydi, onun qanuni hüququ idi ki, qaibləri pozulsun. Bundan əlavə, o, bir dəfə bizə hansısa yarışa getməsi ilə bağlı sənəd gətirmişdi. Və o sənədin əsasında biz də onun iki imtahanının vaxtını irəli çəkdik ki, imtahanı versin. Amma bu dəfə ona heç bir köməklik edə bilmərəm. Xanbaba hazırda kollecin tələbəsidir. Yayda və yaxud gələn il onun buraxdığı dərslər təkrar keçiriləndə, davamiyyətlə gəlib oturar, sonra da imtahanını verib, təhsilinə II kursdan davam edə bilər”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

3549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv