!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdarəetmeni itirən maşın ağaca çırpıldı: ölən var – Foto

!Reklam – Yazi

fdxtgmedOğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, rayonun Ərmənət kənd sakini, 26 yaşlı Şahmar Adil oğlu Musayev idarə etdiyi “VAZ 21 093” markalı 10 BU 041 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.

Hadisə rayonun Top kəndinə gedən yolda baş verib. Qəza nəticəsində Şahmar Musayev və onun sərnişi, həmkəndlisi, 24 yaşlı Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib. Şahmar Musayevin vəziyyəti ağır olduğundan ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Toğrul Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Şəki MRX-dan bildirilib ki, o, ağır qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Toğrul Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan iki saat sonra dünyasını dəyişib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv