!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdlibdə kimin əli kimin cibindədir? - Analiz  

!Reklam – Yazi

İdlib hal-hazırda Rakkadan sonra Suriyadakı ən kritik bölgədir.

Rejim əleyhinə mübarizə aparan təşkilatların əksəriyyəti buraya toplaşıb. Hələbdəki son proseslərdən sonra bu bölgəyə gələn on minlərlə döyüşçü İdlibdə yerləşdirildi.

Ən böyük qrup adını Heyyət-i Tahriri Şam olaraq dəyişdirən Əl Qaidədən ayrılan Əl Nüsra təşkilatıdır və bu qruplaşma bütün dünyada terror təşkilatı kimi tanınır.

Əl Nüsra Türkiyənin İdlibə girəcəyi təqdirdə mübarizə aparacağını bildirmişdi: “Anasını övladsız, arvadını dul qoymaq istəyən gəlsin” deyə bəyanat yayan təşkilatın Liva Əl İslam, Nurəddin Zəngi ve Ceyşül Sünnə qruplarından gələnlərlə birlikdə 15-20 minə qədər militanı mövcuddur.

Bölgədəki ikinci böyük qrup isə Ahraru Şamdır. Nisbətən mülayim olan bu təşkilatınbtərkibində çoxlu sayda kiçik qruplaşmalar var. Ahrar 20 minə qədər canlı qüvvəyə malikdir bə Türkiyə ilə hər zaman yaxşı münasibətlər qurmağa çalışıb.Bölgedeki ikinci büyük grup ise Ahrar’u Şam. İndi də Türkiyə ilə birlikdə hərəkət edəcəklərini elan ediblər.

Türkiyə Aralıq dənizi sahillərinə yaxın bölgənin PYD dəhlizinə qatılmaması, Afrinin mühasirəyə alınması və miqrant dalğasının qarşısının alınması üçün nəzarəti öz əlində saxlamağa çalışır. Bölgədəki çadırlarda 1,5 milyona yaxın qaçqın yaşayır. Rusiya və rejim isə Əl Nüsranı məhv etməyin vacib olduğunu düşünür. Onlar da xarici xətti tutacaqlar.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusundan 2 min hərbçi bölgəyə göndəriləcək. Lakin belə bir fikir var ki, türk ordusu qurudan müdaxilə etməzsə əməliyyat uğurla nəticələnməyəcək. Buna görə də sərhədə çoxlu ehtiyat qüvvə yerləşdirilib.

İdlib həm sərhəd təhlükəsizliyi, həm də ABŞ-ın PYD ilə yaratmağa çalışdığı dəhlizin qarşısının alınması baxımından Türkiyə üçün çox əhəmiyyətlidir.

www.yenicag.az

1702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv