İdman bazasında atışma olub, 3 nəfər ölüb

Müəllif: Redaktor

Editor

1581Rusiyada Tatarıstanın paytaxtı Kazandakı “Dinamo” idman bazasında baş verən atışma nəticəsində 3 nəfər həyatını itirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Ölənlərdən birinin bazanın direktor müavini, ikisinin isə adi mülki şəxs olduğu bildirilir. Mülki şəxslərdən biri atışmanın səbəbkarı olub.

Hadisə ilə bağlı araşdırma aparılır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır