!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançılarımızın yaddaş performansı – 20 yanvarı kim unutdu?

!Reklam – Yazi

20 yanvar hadisəsinə hamı kimi idmançılarımız da bu günə biganə qalmayıblar.

Yeniçağ.az onların sosial şəbəkələrdə “Qanlı yanvar”la bağlı paylaşdıqları statusları təqdim edir:

Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov üzərində “20 yanvar – Qanlı tarix sözləri” yazılmış şəkil paylaşıb. F. Umudov həmçinin “Allah bütün şəhidlərimizə rəhmət etsin!” sözlərini də yazıb.İkiqat paralimpiya, ikiqat Dünya, altıqat Avropa çempionu və İlk Avropa Oyunlarının qalibi, Qarabağ qazisi İlham Zəkiyevin “facebook” səhifəsindən “Qanlı yanvar”la bağlı şəkil paylaşılıb. Fotonun üzərində “20 yanvar – unutmadıq” sözləri yazılıb.

Əməkdar idman ustası, əməkdar məşqçi, kikboks üzrə 22 qat Dünya çempionu, “Ağ canavar” kimi tanınan azərbaycanlı idmançı Edurad Məmmədov səxsi profilində “20 yanvar- Qanlı tarix” sözləri yazılmış fotolar paylaşıb. O, da həmçinin bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

London Olimpiya oyunlarının bürünc medalçısı Emin Əhmədov da “instagram” hesabından20 yanvarla bağlı şəkil paylaşıb və həmin tarixi əsla unutmayacaqlarını və unutdurmayacaqlarını qeyd edib.

Dünya çempionatının bürünc mükafatçısı, 3 qat Qran-Pri turnirinin qalibi, ilk Avropa Oyunlarının gümüş mükafatçısı Orxan Səfərov da bu günlə bağlı şəkil paylaşıb. Həmçinin o ingilis dilində də fikirlərini yazıb: “27 il əvvəl bu gün, 20 yanvar 1990-cı ildə Sovet qoşunları Kremlin Kommunist rejimini saxlamaq və Azərbaycan müstəqilliyinə son vermək sifarişi ilə Bakıya hücum edib və son nəticədə bu cəhdi uğursuz olub”.

Sərbəst güləş üzrə Avropa və ikiqat Dünya çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev də bu günə biganə qalmayıb və “instagram”da 20 Yanvarla bağlı foto paylaşıb. Güləşçimiz 20 yanvar şəhidlərinə Allahdan rəhmət diləyib. Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov da bu günlə bağlı sosial şəbəkədə üzərində “Qanlı və şanlı gecə – 20 yanvar” sözləri yazılmış şəkil paylaşıb. Olimpiya oyunlarının gümüş medalçısı Rüstəm Orucov da “instagram”da 20 yanvarla bağlı şəkil paylaşıb. O, həmçinin bu günlə bağlı fikirlərini də yazıb:
“Allah rəhmət etsin! Müstəqilliyimiz naminə canlarını verənləri unutmuruq! Şəhidlər ölməz, Vətən bölünməz!”.
Yunan-Roma güləşçisi Həsən Əliyev də “instagram” hesabında bu günlə bağlı foto paylaşıb.

Avropa Oyunlarının qalibi boksçu Elvin Məmişzadə də bu günlə bağlı şəkil paylaşıb və “Qanlı yanvarı unutmadıq” sözlərini qeyd edib.

Olimpiya çempionu Fərid Mansurov da sosial şəbəkədəki hesablarından bu günlə bağlı paylaşım edib.

Bundan əlavə bu günü heç yadına belə salmayan aktiv sosial şəbəkə istifadəçisi olan idmançılarımız da var. Onları da oxucuların diqqətinə çatdırırıq.

Olimpiya mükafatçısı, Avropa Oyunlarının qalibi Teymur Məmmədov da sosial şəbəkələrdə ən aktiv olanlardandır. Onun “instagram” hesabı müxtəlif şəkillər, videolarla doludur. Ancaq nədənsə bu günlə bağlı şəkil paylaşmayıb. Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı Kamran Şahsuvarlı da həm “instagram”da, həm də “facebook”da aktiv istifadəçi olsa da o da bu günü yada salmayıb.
“K1” ulduzu Zabit Səmədov həm “Facebook”dakı səhifəsində və profilində, həm də “instagram”ında müxtəlif şəkillər və videolar paylaşmaqla aktivdir. Ancaq Azərbaycanı kənarda təmsil edən idmançının bu günü yada salmaq ağlının ucundan belə keçməyib. Ramzan Kadırovun dostu və onun klubunun üzvü deyəsən 27 il öncə baş verən hadisəni xatırlamır. Beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov da ən aktiv “instagram” və “facebook” istifadəçilərindəndir. Ancaq o da bu günlə bağlı heç bir sosial şəbəkədə paylaşım etməyib.

Karate üzrə dünya çempionu, Avropa oyunlarının qızıl medalçısı Firdovsi Fərzəliyev də nədənsə bu gün “susub”.

İllərdir Azərbaycan millisinin şərəfini qoruyan, ölkəmiz adına 3 dəfə Olimpiya mükafatçısı olmuş Mariya Stadnik deyəsən, 20 yanvarla bağlı məlumatsızdır. Çünki o da bu günü xatırlamayanlar cərgəsindədir. Taekvondo üzrə yığmamızın milliləşdirilmiş üzvü Patimat Abakarovanın isə bu barədə danışmağa yaşı çatmır. Axı 1990-cı ildə o hələ doğulmamışdı…
Taekvondo üzrə Olimpiya çempionumuz Radik İsayev də “unudanlar” silsiləsindəndir.

 

YENİÇAĞ.AZ

www.yenicag.az

761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv