!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İdris HEYDƏRLİ: Rəşidlərin intiharı

!Reklam – Yazi

idris_heyderli_koshe9İki yüz ildir ki, Qərbin bizlərə təlqin etdiyi dəyərlərin girovuyuq. Bu dəyərlərin instisuonallaşması prosesi demək olar ki, bitib. Geyimimizdən, yeməyimizdən düşüncəmizə qədər ikili yaşam artıq bir dəyərdir.

Mirzə Fətəli özü gələ bilmədi, oğlunu göndərdi. Rəşid bəy Axundovu heç duydunuzmu?
Mirzə Fətəli komediya və traktat yazarkən ideyaların burulğanından qidalandı. Avropa görmədən.

Rəşid bəy isə Avropada oxudu.

Ata təbliğ etdiyi dəyərləri görmədən, oğul təbliğ olunan dəyərlərin içində yaşadı.
Oğul Rəşidin taleyini bilirsinizmi? -İntihar etdi!

Burusseldəyəm – Rəşid bəyin təhsil aldığı şəhərdə. Qərb düşüncəsi ilə inşa edilən klassik bir şəhərdir Bürüssel. Böyük bir kilsə kimi düşünün – rəsmlər, heykəllər, daşlar… və qərib insan. Tənha şəhərlərin möhtəşəm daşlarının soyuqluğunu isidəcək insan nəfəsi də soyuqlaşır.
Şəhəri isidəcək insan nəfəsi buz parçalarına döndükcə
İnsan əyləncəsinin davamı olur.
İnsan qarnının davamı olur.
İnsan gözünü böyüdür.

Və Rəşid bəyi intihara aparan səbəbləri araşdirmaq istəyində deyiləm.
Mirzə Fətəli saçından dırnağına qədər Qacar dünyasının adamı idi. Qacarların parçası idi.
Rəşid bəy hansı mədəniyyətin parçası oldu, bilmirəm.
Axundov bizlərə imza olaraq qaldı.
Rəşid isə ömür kimi.
100 ildir ki, intihar edənlərin mirasını daşıyırıq. İmzalar ideyaların yanında, ömürlər intiharda.
Bu da keçər deyib, keçdim Bürüssel.

www.yenicag.az

1402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv