yenicag.az

İƏT-in yeni Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb

İƏT-in yeni Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb

Müəllif: Redaktor

Editor

1480573183_4İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş Baş katibi Yusif Əl Osaymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.

Yeniçağ.Az Trend-ə istinadın xəbər verir ki, məktubda yeni seçilmiş Baş katib bu münasibətlə E.Məmmədyarov tərəfindən göndərilmiş təbrik məktubuna görə təşəkkürünü bildirib və təşkilata rəhbərliyi dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş katib məktubunda İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Yeniçağ.Az

Siyasət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti