www.sinerjipro.net

SinerjiProWide
Reklam

İngiltərədə yaşayan II Dünya Müharibəsi veteranı Peter Davies 90 yaşında cinsiyyətini dəyişdirərək qadın olub.

Yeniçağ.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 3 yaşından bəri hər kəsdən saxladığı arzusunu 90 yaşında, çox sevdiyi həyat yoldaşının ölümündən sonra həyata keçirib.

Bundan sonrakı ömrünə Patrisiya kimi  davam edəcək Peter özünü dünyanın xoşbəxti sayır:

“Bu, bütün həyatım boyu istədiyim bir şey idi. Çiyinlərimdən sanki yük qalxıb. Uşaq yaşlarından kişi olmadığımı anladım və qızlar kimi davranmağa başladım. Gəlinciklərlə oynayırdım, beşik düzəldirdim. Anam da mənə hər zaman dəstək olub. Yoldaşımın ölümündən əvvəl ona da bu istəyimi bildirdim. Mənə zinət əşyaları alıb, “Patriciyam” deyə çağırırdı. Bu, ikimizin sirri idi”, deyə 90 yaşlı Patriciya vurğulayıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."