II və III qrup əlillərin müavinətləri azaldılacaq - Bu, çıxış yoludurmu?

Müəllif: Redaktor

Editor

Azərbaycanda II və III qrup əlillər əmək qabiliyyətli hesab olunacaq. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən danışarkən deyib. O, bildirib ki, bunlar insanların işlə təmin olunmasına şərait yaratmaq üçündür.

II və III qrup əlillərlə bağlı belə bir rəyə gəlmək görəsən nə dərəcədə məntiqlidir və nəyə hesablanmış addımdır?
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasına görə bu məsələyə ikili baxış mövcud ola bilər:

Akif Nəsirli ile ilgili görsel sonucu“Hazırda ölkəmizdə II və III qrup əlilliyi olan insanların əksəriyyəti işləyir. Amma məsələ ondadır ki, Milli Məclisdə qaldırılan bu məsələ əlillərin işlə təmin edilməsi istiqamətində qoyulsa da, reallıqda başqa məqamların ola biləcəyindən xəbər verir. Axı həmin kateqoriyadan olan əlillərin işə qəbulu məsələsində hər hansı bir ciddi problemlər yoxdur. Onların işləməsi prosesində heç bir maneə yoxdur. Sahibkarlar, dövlət orqanları II və III qrup əlillərin əməyindən istifadə edir. Bu fonda görünən odur ki, Milli Məclisdə məsələnin qaldırılması həmin qruplara verilən müavinətlərin azaldılmasına şərait yaratmağa hesablanmış bir addımdır. Burada başqa bir hansısa məntiqi məsələ ağıla gəlmir. Stajı olmayan II və III qrup əlillərin aldığı müavinət indilikdə belə onların normal yaşayışını təmin etmir. Ayının min oyunu bir armudun başında olduğu kimi, gündəmə gələn sözügedən məsələnin də kökündə II və III qrup əlillərin müavinətlərinin azaldılması məsələsi dayanır. Bu addım ona hədəflənib. Çünki indiki şəraitdə hökumət xərcləri bağlaya bilmir. Amma bu çıxış yolu sayıla bilməz”.

ELÇİN

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir