!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

III İslamiadanın çempionu: “Hovuza gələnləri idman yox, başqa nüans maraqlandırır...”

!Reklam – Yazi

Yeniçağ.az-ın budəfəki qonağı üzgüçülük üzrə milli komandanın üzvü Boris Kirillovdur. O, 1992-ci ildə Bakıda anadan olub. İdmana elə üzgüçülüklə başlayıb. Atası bu sahədə məşqçi olduğu üçün 3 yaşından idmana yazılıb. 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarının qalibidir. Davamı öz dilindən…

– 3 yaşımdan bütün günü demək olar ki, atamın iş yerində – hovuzda olurdum. Özüm Bakıdakı 160 saylı məktəbi bitirmişəm. Üzgüçülük mənim ilk və son idman növümdür.

– Bu sahədə hansı uğurlarınız var?

– Dəfələrlə Respublika çempionu və rekordçusuyam. Türkiyə, Gürcüstan, Bolqarıstan və Slovakiya çempionuyam. 2013-cü ildə III İslam Həmrəylik Oyunlarında qızıl medal qazanmışam.

– Bu gün Azərbaycandakı üzgüçülük idman növünün inkişafı sizi qane edir?

– Etiraf etmək lazımdır ki, bizim idman növünə elə də qayğı və diqqət göstərilmir. Bu, yetərincə olsa sevinərdim.

– Sizcə millidə yerli idmançılara yoxsa əcnəbilərə daha çox önəm verirlər?

– Məncə əcnəbi idmançılara…

– Qarşıdan İslam Oyunları gəlir. Bu, sizin karyeranızda ikinci İslamiadadır. Növbəti qızıl ola bilər?

– Əlbəttə, ən vacib startım olacaq. Gündə 2 dəfə məşq edirik. Təlim-məşq toplantılarımız olur, turnirlərə qatılıb, özümüzü sınayırıq.

– Sizcə bu gün Azərbaycanda insanlar arasında üzgüçülüyə maraq necədir?

– Mən deyərdim ki, peşəkar səviyyədə məşğul olmaq istəyənlər azdır, bu da ürəkaçan deyil. Gələnlərin də çoxunun məqsədi sadəcə boyunu uzatmaq, sağlamlığını qorumaq və belindəki ağrıları, problemləri aradan qaldırmaqdır.

– Boris Kirillov, bir az idmandan kənar söhbət edək. Görürəm ki, Azərbaycan dilində rahat danışa, oxuya bilirsiniz. Gündəlik həyatınızda daha çox hansı dildə danışırsınız?

– Evdə rusca danışıram. Dostlarımla isə həm Azərbaycan, həm də rus dillərində danışıram. Uşaqlıqdan dillərə marağım böyük olub, tez götürürəm. Mən həmçinin ingilis, rus, türk və alman dillərində də bilirəm. Düzdür, almanca əla olmasa da orta səviyyədə bilirəm. Azərbaycan dilini isə kiçik yaşlarımda, məhəlləmizdə uşaqlarla danışa-danışa öyrənmişəm.

– Üzgüçülükdən başqa hansı idman növlərinə marağınız var?

– Futbol, boks, UFC, Vaterpol və s. Sevdiyim klub “Barselona”dır. Hətta onun “Yuventus”u keçə bilmədiyinə görə də əhvalım korlanıb.

 

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

977
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv