Yazı İçi 468×60

gulelenmeAzərbaycanlıların kompakt yaşadığı və Tiflis şəhəri yaxınlığında yerləşən Poniçala (Soğanlıq) kəndində iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. İnsident bu gün günortadan sonra baş verib.

Ölən şəxslər Rusiyada əldə etdikləri “KAMAZ” markalı maşınlarını təmir üçün həmin kənddəki usta yanına gətiriblər. Yaralanan şəxsin Marneulidən olduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar.
Poniçala (Soğanlıq) kənd sakinləri açıqlamalarında hadisənin aprelin 12-də baş verdiyini təsdiqləyiblər. Onlar 45-46 yaşlı Habil Səmədov və Vaqif Vəliyev adlı iki nəfərin yaşıl rəngli “OPEL” maşınında olan naməlum adamlar tərəfindən güllələndiyini bildiriblər. Sakinlər həmçinin güllələnən şəxslərin Poniçalanın (Soğanlıq) “Dərə” məhəlləsində yaşadıqlarını bildiriblər.

Gürcüstan daxili işlər nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 109-cu (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."