www.sinerjipro.net

SinerjiProWide
Reklam

bac1Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat etdi.

Sürəyya və Leyla Qəhrəmanova bacılarının qəzaya düşdüyü avtomobilin görüntülərini əldə edilib. Hadisənin dəhşətini və məşumluğunu əks etdirən fotoları təqdim edirik.

Qeyd edək ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürayyə Qəhrəmanovanın idarə etdiyi “Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı yük maşını toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özül xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Leylanın da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.(lent)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 84
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."