www.sinerjipro.net

SinerjiProWide
Reklam

meyitceb (3)Ermənistan tərəfi aprelin 5-dı əldə olunan atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozub.

Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, atışma nəticəsində müqavilə əsasında xidmət aparan 32 yaşlı hərbçi Qraç Samveloviç Muradyan ölüb, bir neçə əsgər isə yaralanıb.

`News.am` portalı bundan əlavə Qarabağda baş verən atışma nəticəsində 20 yaşlı Qevork Aşotoviç Mqdesyanın da öldüyünü yazıb.

Xatırladaq ki, Moskvada əldə olunan razılaşmaya baxmayaraq, erməni silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 97
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."