Ads by Google

hightechnic
Ads by Google

245013Azərbaycan ordusunun endirdiyi minomyot zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki mövqelərindən birində blindaj əsgərlərin başına uçub, 2 düşmən əsgəri ölüb.

Virtualaz.org xəbər verir ki, bu barədə hraparak.am saytı (“Qraparak” qəzetinin saytı) yazır.

Blindajda ölən erməni hərbçiləri Koryun Arutyunyan və İqor Akopyandır. Akopyan Ermənistanın Geqarkunik vilayətinin Getaşen kəndindəndir. Kənd administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib ki, 19 yaşlı Akopyan mayın 3-də ölüb. Müdafiə Nazirliyi əsgərin “blindajın uçması nəticəsində öldüyünü” valideyinlərinə çatdırıb. İnsident Qarabağdakı erməni mövqelərindən birində baş verib.

Blindajda ölən digər əsgər, 19 yaşlı Koryun Arutyunyan isə Geqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırılıb, Azərbaycanın işğal altındakı ərazilərinə göndərilib. Kənddə danışırlar ki, blindaj Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində uçub, bu vaxt blindajda 4 əsgər olub. Onlardan qalan ikisi yüngül zədə alıb.

Ermənistan Müdafiə Nazirliyi bu insident barədə susub. Mayın 4-də Ermənistanın İstintaq Komitəsi insident barədə aşağıdakı qısa məlumatı yayıb:“Mayın 3-də, gecə yarısına yaxın N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular İqor Akopyanın və Koryun Arutyunyanın cəsədləri tapılıb. Vizual baxış zamanı onların cəsədi üzərində güllə, qəlpə yaraları, zorakılıq əlamətləri aşkar edilməyib. İnsidentlə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 140
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."