İki gəncin məhəbbəti iki ailəni dərdə salıb – Qoşulub qaçan gənclər müraciət yaydı – Video

Müəllif: Redaktor

Editor

5 ilə yaxındır bir-birlərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar.

Yenicag.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Gənc qız atasının onu məcburən başqa oğlana ərə vermək istədiyi üçün belə edib. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Onlar qızlarının zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Gənclər isə video çəkərək internetə yerləşdiriblər ki, zorla qaçmayıb və ya qaçırılmayıblar.

Məmmədovlar ailəsində narazılıq oğlanın valideynləri ilə ilkin razılıqdan sonra başlayıb. Atası oğlan evinə “hə” dedikdən sonra Günay Məmmədova Elnur Əhmədova qoşulub qaçsa da xoşbəxt ola bilmirlər. Gənclər bildirir ki, qızın əmisi və dayısı onlara təzyiq göstərir, hədə-qorxu gəlir və evə qayıtmasını tələb edirlər. Üstəlik oğlanın valideynlərini də incidirlər.

Olduqları yerləri valideynlərinə də bildirməyən gənclər internetə yerləşdirdikləri video-müraciətdə belə danışıblar. Elnurun qardaşı Rahib Əhmədov da onların harada olduğunu bilmədiklərini deyir.

Onun sözlərinə görə, Günayın ailəsi dayanmadan onların evlərinə gəlib valideynlərinə hədə-qorxu gəlir.

Ancaq qızın video müaciətinə baxmayaraq atası Şahin Məmmədov onun öz istəyi ilə qaçmasına inanmır və buna görə də polisə şikayət edib. Onun sözlərinə görə, əgər qızı qohumlarında kim iləsə görüşüb özünün öz razılığı ilə qaçdığını etiraf etsə, məsələ ilə bağlı şikayəti geri götürəcək. Hazırda isə onlar qızın zorla qaçırıldığını düşünürlər.

Qaçırılma hadisəsi ilə bağlı olaraq Ağcabədi rayonunda əməliyyat axtarış tədbirləri həyata keçirilir. Qız yeniyetmə olmadığı üçün özü polis bölməsinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını etiraf etsə, oğlan cinayət məsuliyyətindən azad olunacaq. Əks halda oğlan barəsində cinayət işi başlanılacaq.

Yenicag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir