www.sinerjipro.net

SinerjiProWide
Reklam

107383_res_01Tacikistanda məhkəmə qayınanalarının ölümündə təqsirli bilinən iki gənc qadın haqda hökm verib.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, Tacikistan Ali Məhkəməsinin mətbuat xidməti bildirib ki, ittiham edilən qadınlar iki doğma qardaşla evli olublar və onların anaları ilə bərabər bir evdə yaşayıblar.

“Xatlonsk vilayətinin məhkəməsi Tacikistan vətəndaşları 25 yaşlı Oygül Pardayevanı və 30 yaşlı Səfərgül Hocayevanı Cinayət Məcəlləsinin 104.2-ci maddəsinin B, E və Z bəndlərində (“Əvvəlcədən danışılaraq bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədilmiş qətl”) nəzərdə tutulmuş cinayətdə təqsirli bilərək 22 və 21 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmünü çıxarıb. Onlar cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər”, – mətbuat xidmətinin məlumatında deyilir.

Qətl cari ilin may ayında törədilib. İstintaqın məlumatına əsasən, ittiham edilən qadınlar ilkin olaraq qayınananı döyüb, sonra isə üstünə benzin tökərək yandırıblar. Qadının qalıqlarını isə çaya atıblar.

Qadınların ərləri milisə analarının itkin düşməsi barədə ərizə ilə müraciət ediblər, amma bir neçə gün sonra qadının yanmış meyiti tapılıb və qətl faktı üzrə cinayət işi açılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."