!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki hərbçini güllələyib özünü partlatdı

!Reklam – Yazi

скачанные файлыSarayevoda naməlum şəxs bukmeker kontorunda iki əsgəri güllələyib. Bundan sonra cinayətkar evinə tərəf gedərkən yol boyu marşrut avtobusuna da atəş açıb. Nəticədə avtobusun sürücüsü və iki sərnişin müxtəlif xəsarətlər alıblar.

Şəhər polisindən verilən məlumata görə, naməlum şəxs evinə gəldikdən sonra bomba ilə özünü də partladıb. Hakimiyyət baş verən bu insidentin terror aktı olub-olmadığını araşdırma başa çatana qədər açıqlamaqdan imtina edib. Bosniya-Hersoqovinanın daxili işlər naziri Denis Zvezdiç bunu dövlətə hücum kimi dəyərləndirib.

Şahidlərin sözlərinə görə, şübhəli şəxsin başında ərəb simvolu olan sarıq olub. Ölkənin bütün hərbi hissələrində nəzarət rejimi gücləndirilib(modern)

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv