!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki ölkə arasında kəşfiyyat savaşı başladı

!Reklam – Yazi

İsrailin MOSSAD xüsusi xidmət orqanı Fransanın kəşfiyyat orqanına sızaraq, yerli xəfiyyələri əməkdaşlığa cəlb etməkdə ittiham olunur.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Fransanın nüfuzlu “Le Monde” qəzetində dərc olunmuş materialda yer alıb.
Fransanın kəşfiyyat qurumunun apardığı təhqiqatla bağlı daxili yazışmaları əldə edən “Le Monde” Fransa və İsrail xüsusi xidmətlərinin 2010-cu ildə Suriyanın kimyəvi silah planları ilə əlaqədar keçirtdikləri birgə əməliyyat zamanı MOSSAD-ın bəzi fransız xəfiyyələri əməkdaşlığa cəlb etməyə çalışdığını yazıb.

Məlumatda Fransa xüsusi xidmətinin əks-kəşfiyyat şöbəsinin izləməsi nəticəsində fransız xəfiyyələrdən birinin MOSSAD-ın Parisdəki “stansiya rəisi” “D.K” ilə sıx təmasda olduğu aşkar edilib.
Fransa xüsusi xidmət orqanının daxili yazışmasında fransız xəfiyyənin MOSSAD-ın Parisdəki “stansiya rəisi” ilə axşam yeməyində bir araya gəldiyi və həmin casusun ailəsi ilə Dubaya istirahətə gedəcəyini söyləməsinə baxmayaraq, İsrailə yollandığı qeyd olunub.

Daxili yazışmaya əsasən, sözügedən birgə əməliyyatda iştirak etmiş fransız xəfiyyələrin banklardakı şübhəli pul transferləri də Fransa xüsusi xidmət orqanlarının diqqətindən yayınmayıb. O baxımdan, xidmət daxilində ciddi araşdırmanın aparılmasının vacibliyi diqqətə çatdırılıb.

“Le Monde” Fransa’nın o dönəmdə MOSSAD-ın fransız xəfiyyələri “verbovka” etmək cəhdinə rəsmi etiraz bildirdiyini və “Stansiya rəisi” də daxil olmaqla, İsrailin iki casusunun ölkədən getməyini tələb etdiyini yazıb. Məlumata görə, o dönəmdə Fransa kəşfiyyatının rəisi olmuş Bernar Squarcini də bu işlə bağlı aparılan istintaqa cəlb olunub.
Qeyd edilir ki, MOSSAD o zaman Parisdəki suriyalı kimya mühəndisini əməkdaşlığa cəlb edən israilli casuslar fransız xəfiyyələrə də “qarmaq atmaq”dan çəkinməyiblər.

Yeniçağ.Az

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv