İki övladını boğub öldürən anaya hökm oxundu

Müəllif: Redaktor

Editor

119845_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsini qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Nəsibə Qurbanova 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayında Albalı bağ massivində qeydə alınıb. İkinci Albalı bağ massivi, 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.

Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Qadın ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

O, bu addımı bezdiyindən, yaşamaq istəmədiyindəni və övladlarını heç kimə əmanət etmədiyindən atdığını bildirib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir