!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki qardaş faciəvi şəkildə öldü-Azərbaycanda

!Reklam – Yazi

image390Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 148-ci km-liyində, rayonun Paşaoba kəndi ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.

1954-cü il təvəllüdlü Bakı şəhər sakini Əzizov Nurməmməd Rza oğlunun idarə etdiyi 90 GD 643 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı maşınının yoldan çıxaraq ağaca çırpılması nəticəsində sürücü və onun qardaşı Quba rayonu, Afurca kənd sakini 1952-ci il təvəllüdlü Əzizov Əziz Rza oğlu dünyasını dəyişib.

Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1993-cü il təvəllüdlü Şükürova Sevinc Ədalət qızı, 2003-cü il təvəllüdlü Şükürov Asim Ədalət oğlu və 2004-cü il təvəllüdlü Əzizova Xədicə Ayəddin qızıdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir(APA).

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv