Yazı İçi 468×60

aece9f1d-29cb-43ef-965e-b27faab53efeÖtən gecə Bakının Pirallahı rayonunda magistral yolda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, Dübəndi magistral yolunda Hüseyn Muxtarov Hüseyn oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə “Nissan Sunny” markalı avtomaşın toqquşub.

Nəticədə H.Muxtarov (“VAZ 2107” markalı avtomobilin sürücüsü), 1981-ci il təvəllüdlü Paçin Dmitri Vladimiroviç, 1973-cü il təvəllüdlü Rzaxanova Nəzakət Cabir qızı, 24 yaşlı İbrahimov Nurlan Elçin oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Ziyad Talıb oğlu, 1986-ci il təvəllüdlü Hüseynov Tofiq Şöhrətağa oğlu ağır xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan H.Muxtarov və N.Rzaxanovanın vəziyyəti olduqca ağırdır.

Hadisə yerinə baxış keçirən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının ilkin ehtimalına görə “Nissan” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolun əks istiqaməti ilə hərəkət edib.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Qeyd edək ki, hər iki avtomobil taksi fəaliyyəti ilə məşğul olub.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."