!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İki yaralının ayağı amputasiya olunub” – Baş həkimdən açıqlama

!Reklam – Yazi

q-324“Yaralıların vəziyyəti hələ də ağır olaraq qalır”. Bu sözləri çıqlamasında Sumqayıt şəhər xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov deyib.

Baş həkim bildirib ki, qəzadan sonra 10 nəfər Sumqayıt xəstəxanasına qəbul olunub:

“Hamısının vəziyyəti ağırdır. 4-5 nəfər əməliyyat olunub. Əməliyyatla 2 ayağı amputasiya olunan xəstə ölüb. Onun bir ayağı maşında qalmışdı, birini də burada kəsdik. Digər xəstələrdən bir kişi, bir arvadın isə bir ayağı amputasiya olunub. Qalan xəstələr şöbələrdədir. Yaralılardan Qarayev Elçin Xoşbəxt oğlunu Bakıya aparıblar. Həmin xəstədə ağır qapalı kəllə-beyin travması, qabırğaların sınığı diaqnozu qoyulub. Hazırda burada 8 nəfər qalıb. Onlardan biri sürücü-Ağakişiyev Baloğlan Güloğlan oğludur, Xəstələrin hamısının ya huşu yoxdur, ya da ki, narkozdadır. İlkin məlumatlara görə yol kənarındakı dəmir mikroavtobusu parçalayıb içəri girdiyi üçün xəstələrin ayağı kəsilib. 2 meyit bizim morqa gətirilib, bir nəfər isə burada ölüb. Hal-hazırda bütün xəstələrin vəziyyəti ağırdır”(qafqazinfo).

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv