!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İKT-nin FETÖ-nü terror təşkilatı elan etməsinin şifrələri – Şərh

!Reklam – Yazi

 

islam-isbirligi-teskilati-darbeci-fetoyu-teror-orgutu-ilan-etti-h1476861830-18091bElşən Manafov: “İKT FETÖ-nü terrorçu təşkilat kimi qəbul etdisə, deməli qurumun həmin mesajı  ora üzv İslam ölkələri üçün bir mesaj olmalıdır”

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin Özbəkistan paytaxt Daşkənddə oktyabrın 18-19-da keçirilən 43-cü sessiyasında FETÖ terrorçu təşkilat elan edildi.

Bu qərarı Ankaranın ciddi uğuru hesab etmək olarmı? Digər tərəfdən, məntiqlə İKT-nin bu qərarı o deməkdir ki, Misirdən başqa  qərara səs verən quruma üzv ölkələrin hamısı avtomatik olaraq FETÖ-nü terrorçu təşkilat kimi tanımalıdırlar. Görəsən, səs vermələrinə rəğmən quruma üzv dövlətlərin hamısı FETÖ-ya qarşı öz ölkələrində real mübarizəyə keçəcəklərmi?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında bildirdi ki, İKT-nin sözügedən qərarı bütün mənalarda Ankaranın FETÖ-yə qarşı mübarizədə atdığı böyük uğurdur: “İslam Konfransı Təşkilatı dünyanın müsəlman ölkələrini birləşdirməklə  müasir dünyamızda qlobal maştabda tanınan kifayət qədər nüfuzlu təşkilatlardandır.  Zamanında Azərbaycanın ilk üzv olduğu təşkilatlardan biri də məhz İKT olub. Qurumun Azərbaycanla münasibətlərində bir qayda olaraq xoş məram olub. Bu təşkilat zaman-zaman Dağlıq Qarabağ konfliktinə münasibətdə də Ermənistanı işğalçı tərəf kimi tanıyaraq BMT qətnamələrinin yerinə yetirilməsilə bağlı dəfələrlə mövqe sərgiləyib. İKT tərəfindən FETÖ-nün terrorçu təşkilatlar sırasına aid edilməsi və bu kontekstdə təşkilata verilən qiymət təbii ki, həm də Türkiyə diplomatiyasının uğuru kimi də qəbul edilə bilər.

Bu addımın atılması bir tərəfdən İKT-nin Türkiyə ilə münasibətlərə, onun Yaxın Şərq regionunda oynaya biləcəyi rola verdiyi önəmdən irəli gəlir, eyni zamanda, bu Ankara diplomatiyasının uğurudur.  Amma təəssüflə qeyd etmək lazımdır ki, bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ortaya qoyduğu mövqe  Ermənistana təhdid və təzyiqlərin güclənməsinə səbəb olmadığı kimi, güman edirəm bu mənada FETÖ-yə münasibətdə İKT mövqeyi də ABŞ Dövlət Departamenti tərəfindən bu şəbəkənin terrorçu kimi qəbul olunnmasına bu və ya digər mənada təsir göstərməyəcək.

Olsa-olsa bu ancaq İslam ölkələrinin FETÖ-yə münasibəti kimi qalacaq. Bununla belə İKT-nin həmin qərarını uğurlu hesab etmək olar. İKT FETÖ-nü terrorçu təşkilat kimi qəbul etdisə, deməli qurumun həmin mesajı  ora üzv İslam ölkələri üçün bir mesaj olmalıdır. Azərbaycanda  bildiyiniz kimi həmin təşkilatın yasaq edilməsi istiqamətində bu yaxınlarda müvafiq addımlar atıldı. FETÖ-nün Şimali Afrikanın müsəlman ölkələri və Mərkəzi Asiyada ciddi dayaqları var. Qırğızıstan iki ay öncə FETÖ məsələsində ölkəsinin müstəqil hərəkət edəcəyini bəyanlamaqla yanaşı Ankaranın prosesə qarışmasını özünün daxili işlərinə müdaxilə kimi qəbul etdi. Lakin Qırğızıstan nümayəndəsi də İKT tədbirində FETÖ-nü terrorçu təşkilat adlandırmaqla bağlı qərara dəstək verirsə, bu o deməkdir ki, Bişkek daxil Mərkəzi Asiya dövlətləri də Gülən təşkilatına münasibətdə müəyyən hüquqi addımlar ataraq müvafiq qərarlar qəbul edəcəklər. Lakin bununla belə İKT-nin qərarı həmin məsələ ilə bağlı Qərb ölkələrində də müvafiq radikal addımların atılmasına gətirib çıxarmayacaq.

ELÇİN

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv