1483014574_dunyanin-en-varli-insanlari-4Daimi olaraq yenilənən və güclü rəqabətin mövcud olduğunu deyə biləcəyimiz “Dünyanın ən varlıları” siyahısı, 27 Dekabrda Bloomberg Milyarderlər İndeksi çərçivəsində bir dəfə daha yenilənib.

Keçdiyimiz ilə görə ümumi sərvətləri 5,7 % nisbətində artım ilə 4,4 trilyon dolları keçən “ən varlıların siyahısı”nda, texnologiya sektorunun içində olan adlar tam mənası ilə damğalarını vurublar deyə bilərik.

10- Larry Page

Google-un ümumi alqoritmalarını hazırlamış olan Page, əlavə olaraq şirkətin də iki qurucusundan biridir. Sərvəti 40,7 milyard dollardır.

9- Larry Ellison

Məlumat bazası firması Oracle-ın qurucusu və CEO-su. Sərvəti 41.9 milyard dollardır.

8-David Koch
Koch Industries-in rəhbər köməkçisi. Sərvəti 45 milyard dollardır.

7- Charles Koch
Koch Industries-in ortaq sahibi, idarə heyəti rəhbəti və CEO-su. Sərvəti 46 milyard dollardır.

6- Carlos Slim

Telekommunikasiya sektorunda Telmex və Amerika Movil firmaları ilə fəaliyyət göstərəm Meksikalı biznesmen. Sərvəti 49.2 milyard dollardır.

5- Mark Zuckerberg

Kompüter mühəndisi, startupçı və sosial media platforması Facebookun qurucusu olan Zuckerbergin sərvəti 51.2 milyard dollardır.

4- Jeff Bezos

Amazon.com-un qurucusu olan Bezosun sərvəti 67.2 milyard dollardır.

3- Amancio Ortega

İspan moda və tekstil idarəçisi və İspan geyim holding İnditex-in qurucu rəhbəti olan Ortega, eyni zamanda İspaniyanın da ən varlı şəxsidir. Sərvəti 71.2 milyard dollardır.

2- Warren Buffett

Berkshire Hathaway investisiya şirkətinin CEO-su və ən böyük hissədarıdır. Sərvəti 74.1 milyard dolardır.

1- Bill Gates

Microsoft-un qurucularından olan Gates, şirkətin rəhbərliyini və baş proqram memarlığını da üstlənməkdədir. Sərvəti 91.5 milyard dollardır.(Technote)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."