www.sinerjipro.net

SinerjiProWide
Reklam

Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır.

Yeniçağ.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb”.

Prezident İlham Əliyev vurğulayıb ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir:

“Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 83
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."