İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edir

Müəllif: Redaktor

Editor

163353_res_01Bu gün İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində prezidentlərin iştirakı ilə xüsusi sessiya işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edir.

Konqresin iclasında 85 ölkədən 10 min nümayəndə, o cümlədən Azərbaycan, Rusiya, Venesuela, Türkiyə prezidentləri, Rusiya və Səudiyyə Ərəbistanı energetika nazirləri, OPEK-in baş katibi Məhəmməd Barkindo, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak edirlər.

Dünya Enerji Konqresi oktyabrın 9-da işinə başlayıb və oktyabrın 13-dək davam edəcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır