!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev aprel döyüşlərindən zərər çəkən ərazilərdə

!Reklam – Yazi

evler_finalDekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlandılar.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular.

Sonra dövlət başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv