İlham Əliyev “ASAN qatar”la tanış olub – FOTOLAR

Müəllif: Redaktor

Editor

asanqatarBu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səyyar “ASAN qatar” ilə tanış olub.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “ASAN qatar” ilə bağlı Prezidentə məlumat veriblər.

Bildirilib ki, səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək, yerlərdə vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, dövlət başçısının göstərişinə uyğun olaraq, Bakı Vaqon Deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı 3 xüsusi vaqon hazırlanıb. “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə – həm şimal, həm cənub, həm şimal-qərb, həm qərb və cənub-qərb istiqamətlərində hərəkət edərək əhaliyə xidmət göstərəcək.

İlkin olaraq qatarın 3 vaqondan ibarət olması nəzərdə tutulub. Vaqonlar bütün lazımi avadanlıqlarla təchiz olunub. Qatarda vətəndaşların qəbulu üçün ərazi, labaratoriya, aptek mövcuddur. Eyni zamanda vaqonlarda “ASAN xidmət”in işçiləri üçün bütün lazımi şərait yaradılacaq.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, Azərbaycanda yeni bir layihə – “ASAN qatar” sistemi fəaliyyətə başlayacaq

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır