İlham Əliyev Avropa Parlamenti barədə qərarı elan etdi

Müəllif: Redaktor

Editor

283742_465305Dünən sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub. Mətbuat konfransında jurnalistlərin Avropa Parlamenti barədə suallarını cavablandıran İlham Əliyev mühüm açıqlamalar verib: “Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır.

Buna adekvat olaraq Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Bildiyiniz kimi, Avronest Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında parlament assambleyası qurumu kimi nəzərdə tutulmuşdu. Əgər hansısa bir ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest çərçivəsində baxıla bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan parlamentinin suveren hüququdur və eyni zamanda, siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq fəaliyyəti də artıq dayandırılıbdır. Bax, budur bizə qarşı aparılan çirkin kampaniyanın nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da verəcəkdir”(faktxəbər).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir