yenicag.az

İlham Əliyev: “Azərbaycan islamafobiya ilə mübarizə aparır”

İlham Əliyev: “Azərbaycan islamafobiya ilə mübarizə aparır”

Müəllif: Redaktor

Editor

017cdccadc5d88f159718b8c407f3186“Son illərdə bəzi Qərb dairələrində islamın terrorla əlaqələndirilməsi düzgün deyil. İslam sülh dinidir”.

Bunu bu gün Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan islamafobiya ilə mübarizə aparır: “Azərbaycan xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan islam həmrəylinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”.

Prezident İlham Əliyev bildirib ki, ISESCO-nun fəaliyyət dairəsinə daxil olan sahələr Azərbaycanda inkişaf edir: “Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrində böyük layihələr həyata keçirilir”.

Dövlət başçısı qeyd edib ki, bu il tarixdə ilk dəfə Bakıda Birinci Avropa Oyunları keçirilib: “2017-ci ildə isə Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu, tək idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisidir. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq içərisində yaşamasına töhfə verir”.

Prezident İlham Əliyev vurğulayıb ki, ISESCO-nun fəaliyyətinin gücləndirilməsində və ikitərəfli inkişafında Osman Әl Tüveycrinin böyük rolu var.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti