www.sinerjipro.net

SinerjiProWide
Reklam

31a60ef638f1fca91bbb4ebb2e8e5e56Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

G. Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirib.

İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən G. Kvirikaşvili əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

İ. Əliyev isə Gürcüstanın xarici işlər naziri vəzifəsində G. Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın bizi birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."