yenicag.az
yenicag.az

İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi

Müəllif: Redaktor

Editor

2cee84fe8f2ad6b2f7549b1837862b52Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti