yenicag.az

İlham Əliyev “Baytarlıq şəhərciyi”nin açılışında

İlham Əliyev “Baytarlıq şəhərciyi”nin açılışında

Müəllif: Redaktor

Editor

ilham_eliyev_achilish_14Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.

Dövlət başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Layihənin həyata keçirilməsində əsas məqsəd respublikada sanitariya və sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatına şərait yaradılmasından ibarətdir.

Sonda xatirə şəkli çəkdirilib.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti