Yazı İçi 468×60

146466657263_1000x669“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 29-cu cildi çapdan çıxıb.

Nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Prezidenti Vatslav Klausa təbrik məktubu ilə başlanır.

Dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış sözləri Xanlar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimində nitqindən götürülüb. Prezident deyib: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və münaqişə yalnız bu əsasda öz həllini tapa bilər. Heç vaxt separatist qüvvələrə heç bir güzəşt olmayacaq, biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına imkan verməyəcəyik, bu, heç vaxt baş tutmayacaqdır. Ermənistanda bunu nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşı olacaqdır. Mən bəyan edirəm ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyində qalacaq və münaqişəni ancaq və ancaq bizim ərazi bütövlüyümüz çərçivəsində həll edəcəyik. Biz hələ ki, danışıqlara sadiqik, hələ ki, bəzi ümidlərimiz var. Ancaq bununla bərabər, siz onu da bilirsiniz ki, biz hərbi gücümüzü artırırıq.

Bəzi hallarda beynəlxalq təşkilatlar bizi tənqid edirlər ki, Azərbaycan ordu quruculuğuna nə üçün bu qədər vəsait ayırır? Birincisi, bu bizim işimizdir və heç kimə dəxli yoxdur. Biz kasıb olanda, imkanlarımız olmayanda bizə əl tutan olmamışdı, indi isə bizə məsləhət verməyə çalışırlar ki, bu vəsaitdən harada istifadə edək. Biz bu vəsaitdən hər yerə istifadə edirik. Həm məktəb tikirik, xəstəxana tikirik, yol çəkirik, elektrik stansiyaları tikirik və həm də ordumuzu gücləndiririk və gücləndirəcəyik. Bizim artan ordu potensialımız danışıqların tezliklə başa çatmasına xidmət edir”.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin fevralından aprelinədək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Moskvaya səfərinə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşünə, Prezident İlham Əliyevə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adının verilməsinə, onun, həmçinin Polşaya rəsmi səfərinə, Prezident Lex Kaçinski ilə görüşünə, bu ölkədə apardığı danışıqlara, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni ilə təltif edilməsinə, eləcə də NATO-nun sammitində iştirak etmək üçün Rumıniyaya səfərinə, sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlərə dair materiallar verilib.

Prezident İlham Əliyevin Azərbaycana işgüzar səfərə gəlmiş Bolqarıstan Prezidenti Georgi Pırvanovla görüşünə, dövlətimizin başçısının Rusiya, ABŞ, Türkmənistan, Gürcüstan, Yunanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna və Vatikandan, habelə ATƏT-in, NATO-nun, “Internaional Crisis Group”un, Avropa İttifaqının, MDB-nin ölkəmizə səfər etmiş yüksək vəzifəli və nüfuzlu şəxslərini, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsinə dair materiallar da bu kitabda yer alıb.

Kitabda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsilə əlaqədar dövlətimizin başçısının Gəncə, Naftalan, Xanlar şəhərlərinə, Samux, Füzuli, Beyləqan, Biləsuvar rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri də verilib.

Azərbaycan Prezidentinin “Mir” televiziya kanalının rəhbəri, “Azadlıq” radiosunun prezidenti ilə görüşlərinə dair informasiyalar, “İnterfaks” agentliyinə müsahibəsi, habelə məktubları da çoxcildliyin bu nömrəsində yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 29-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."