İlham Əliyev Brüsselə gedir

Müəllif: Redaktor

Editor

Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfər edəcək.

Bu barədə nüfuzlu “Politico” nəşri xəbər yayıb. Məlumata görə, səfərdə əsas məqsəd Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etməkdir.

Prezident İlham Əliyevin gələn həftənin əvvəli – bazar ertəsi Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcəyi bildirilib.

Nəşr qeyd edir ki, Azərbaycanla münasibətlər Rusiyadan qaz asılılığını azaltmağa cəhd edən Avropa İttifaqı üçün olduqca önəmlidir. Gözlənilir ki, Avropa İttifaqı 2019-cü ildən Gürcüstan, Türkiyə, Albaniya və İtaliyadan keçəcək Cənubi Qafqaz qaz kəməri vasitəsilə ildə 10 milyard kubmetr qaz alacaq.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir