yenicag.az

İlham Əliyev bu gün hökumətin təcili iclasını çağıracaq

İlham Əliyev bu gün hökumətin təcili iclasını çağıracaq

Müəllif: Redaktor

Editor

107998_res_01Bu gün – sentyabrın 1-də günün birinci yarısında Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili toplantısı keçiriləcək.

Bu barədə hökumətdəki məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbərdə deyilir ki, hökumətin iclası qlobal iqtisadi böhran fonunda ölkədə yaranan sosial-iqtisadi vəziyyətə həsr ediləcək.

İclasda büdcənin icrasının gedişi, dünya bazarlarında neftin qiymətinin düşməsi üzündən iqtisadiyyatda yaranan problemlər nəzərdən keçiriləcək. Prezident İlham Əliyevin tədbirdə çıxış edəcəyi gözlənilir(virtualaz).

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti