İlham Əliyev çağırış etdi – VİDEO

Müəllif: Redaktor

Editor

president_amea_091115_04Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Prezident İlham Əliyev AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Prezident yubiley münasibətilə təbriklərini çatdırıb.

Ölkənin tərəqqisində alimlərin rolundan danışan prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd edib. Bildirib ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asıllığı azaltmağa çalışır və buna nail olur.

“Əminəm ki, gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək”, – deyən dövlət başçısı növbəti illərdə də iqtisadi inkişafın dayanıqlılığı istiqamətində səylər göstəriləcəyini, heç kəsdən asılı olmamaq üçün daxili resurslardan istifadə ediləcəyini vurğulayıb.

İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırıb.

Prezident demoqrafik inkişaf əsas götürülərək alimlərin indidən yeni strategiya üzərində işləmələrinin zəruriliyini qeyd edib, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırıb.

“Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək”, – deyən Prezident İlham Əliyev bildirib ki, kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir(Azərtac).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir