yenicag.az

İlham Əliyev Davudoğlunu belə qarşıladı – Fotolar

İlham Əliyev Davudoğlunu belə qarşıladı – Fotolar

Müəllif: Redaktor

Editor

eliyevdavudogluAzərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti