!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Əfqanıstan prezidenti ilə təkbətək görüşdü - FOTO

!Reklam – Yazi

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.

Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

www.yenicag.az

1822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv